AZ

Tramp ABŞ-nin Kanada və Meksika ilə ticarət paktını ləğv edə bilər

BAKI, 6 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ, Kanada və Meksika arasında azad ticarət haqqında üçtərəfli müqavilənin (USMCA) ləğv edilməsi ehtimalını istisna etməyib.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, bunu o, Kanadanın Baş naziri Mark Karni ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"USMCA bütün ölkələr üçün yaxşıdır. Qarşıdakı təxminən bir il ərzində ona düzəliş etmək və ya son qoymaq üçün danışıqlar aparmalıyıq", - Tramp bildirib.

O, Karninin bu görüşdəki hər hansı təkliflərinin Ottavaya qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarın ləğvinə səbəb ola biləcəyi ilə bağlı sualı cavablandırarkən bu baxımdan heç bir dəyişiklik olmadığını deyib.

Prezident bir daha ABŞ-nin faktiki olaraq Kanadaya ildə təxminən 200 milyard ABŞ dolları məbləğində subsidiya verdiyini bildirib. "Bu çox böyük məbləğdir. ABŞ-nin vergi ödəyicisinə bunu izah etmək çətindir", - Tramp vurğulayıb.

Xatırladaq ki, USMCA müqaviləsi 2018-ci ildə Trampın təşəbbüsü ilə imzalanmışdı. Müqavilə daha əvvəl qüvvədə olan Amerika Birləşmiş Ştatları, Kanada və Meksika Şimali Amerika azad ticarət zonası haqqında Sazişini (NAFTA) əvəz etmişdi.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr