AZ

Litva və Latviya Vuçiçin təyyarəsini öz hava məkanına buraxmayacaq

Litva və Latviya hakimiyyəti mayın 9-da Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiyaya uçmağı planlaşdıran Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin öz hava məkanında uçuşunu qadağan edib.

“Report” xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Litva qadağanı “texniki və diplomatik şəraitlə” izah edib. Latviya hakimiyyəti isə imtina üçün əsas kimi uçuşun “hədəfin siyasi həssaslığını” gətirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Moskvada Qələbə paradına səfər etmək istəyən həm Aİ üzvləri, həm də birliyə üzv olmaq üçün namizəd ölkələrə xəbərdarlıq edib. Aleksandr Vuçiç bildirib ki, Avropa İttifaqının siyasi təzyiqlərinə baxmayaraq, mayın 9-da keçiriləcək Qələbə paradına Moskvaya getməkdən imtina etməyəcək.

Seçilən
0
5
report.az

6Mənbələr