AZ

Tramp: "Husilər kapitulyasiya etdilər, onları daha bombalamayacağıq"

"ABŞ Yəməndəki "Ənsar Allah" hərəkatından olan husiləri bombalamağı dayandıracaq, çünki onlar kapitulyasiya ediblər".
 
Bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
"Onlar vuruşmaq istəmirlər. Husilər Qırmızı dənizdə gəmilərə hücum etməmək vədini veriblər. Bizim hərəkətlərimizin məqsədi elə bundan ibarət idi", - deyə o vurğulayıb.
 
Xatırladaq ki, martın 15-də D.Tramp Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmrini verib.
Seçilən
0
moderator.az

1Mənbələr