AZ

İslamabadda iqlim əməkdaşlığına dair diplomatik görüş keçirilib

Tərəflər ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası naziri Musadiq Məsud Malik ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X” səhifəsində yazıb.

Məlumata görə, tərəflər ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.

“Qardaş ölkələrimiz arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası naziri Musadiq Məsud Malik ilə görüşməkdən məmnun oldum”, - deyə H.Fərhadov bildirib.

Seçilən
0
operativmedia.az

1Mənbələr