AZ

Bruno Fernandeşə rekord təklif

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Səudiyyə Ərəbistanından təklif alıb.

İdman.biz xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı futbolçuya ilə 65 milyon funt olmaqla 3 mövsümlük müqavilə təklif edib.

Ərəblər iyunun 15-də start götürəcək klublararası dünya çempionatına kimi keçidi həll etmək istəyirlər. Fernandeş isə təklifə hər hansı cavab verməyib.

Qeyd edək ki, Bruno bu mövsümdə bütün turnirlər 52 oyunda 19 qol vurub, 18 ötürmə verib. Onun "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr