AZ

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Komanda-nəzarət mərkəzi terrorçular tərəfindən İsrailin mülki və hərbi şəxslərinə qarşı terror aktları törətmək məqsədilə silah saxlamaq üçün istifadə olunurdu”, – məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, zərbə endirilməzdən əvvəl dinc əhalinin zərər görməməsi üçün bir sıra tədbirlər görülüb.

Seçilən
0
1
report.az

2Mənbələr