AZ

Tramp: Husilər daha döyüşmək istəmir, artıq onları bombalamayacağıq

ABŞ prezidenti Donald Tramp Yəməndəki husilərin artıq döyüşmək istəmədiklərini onlara çatdırdıqlarını qeyd edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündə Yəmənlə bağlı mühüm açıqlamalar verib.

Tramp Yəməndəki husilərin ona artıq döyüşmək istəmədiklərini və gəmilərə hücum etməyəcəklərini çatdırdıqlarını açıqlayıb.

"Husilər artıq döyüşmək istəmədiklərini bəyan ediblər. Biz buna hörmətlə yanaşacağıq və onları bombalamağı dayandıracağıq. Onlar təslim olublar, artıq gəmiləri partlatmayacaqlarını deyirlər".

Sözügedən məlumatın ona “çox etibarlı mənbədən” gəldiyini deyən Tramp bu mənbənin kim və ya hansı qurum olduğu haqda təfərrüata varmayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
5
turkustan.az

6Mənbələr