Türkiyə və Oman ikitərəfli və regional məsələləri müzakirə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Omanın xarici işlər naziri Bedr bin Hamed əl-Busaidi ilə telefon danışığı aparıb.
Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Fidan və Busaidi söhbət zamanı ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Xuraman Etibarlı
İnterpress.az