ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Yəməndəki husiləri “təslim olduqlarına” görə bombalamağı dayandıracaq.
Onun sözlərinə görə, husilər daha Qırmızı dənizdə gəmilərə hücum etməyəcəklərinə söz veriblər. “Husilər bunu istəmədiklərini açıqladılar, ya da ən azından bizə dedilər. Onlar artıq döyüşmək istəmirlər.
Biz buna hörmət edirik. Biz də bombardmanları dayandıracağıq. Onlar təslim oldular, amma daha da önəmlisi, onların sözünü tutacağıq. Onlar daha gəmiləri partlatmayacaqlarını deyirlər. Bizim hərəkətlərimizin məqsədi də məhz bu idi”, Tramp deyib.
Qeyd edək ki, martın 15-də Donald Tramp Yəməndəki husilərə qarşı “qətiyyətli və güclü hərbi əməliyyat” əmrini vermişdi.
//Samir Qurbanov, Editor.az