“Mançester Yunayted” qapıçısı Andre Onanaya əvəzləyici axtarışlarını davam etdirir.
Kamerunlu qolkiper mövsüm ərzində bir sıra kobud səhvlərə yol verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın növbəti namizədi Serbiya millisinin və “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçdir.
Artıq tərəflər arasında ilk danışıqlar aparılıb.
Serbiyalı qolkiper bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlaya bilib.