Donald Tramp Kanadanın baş naziri Mark Karniyə ölkəsini ABŞ-a birləşdirməyi təklif edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Karni ilə birgə keçirilən mətbuat konfransında danışıb.
"Mən hələ də düşünürəm ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır. Düşünürəm ki, bu, kanadalılar üçün böyük bir vergi endirimi olacaq. Siz pulsuz ordu əldə edəcəksiniz, əla tibbi xidmət alacaqsınız və daha çox şey əldə edəcəksiniz. Bu, çoxlu üstünlüklər təmin edəcək, - ABŞ lideri bildirib.
Kanadanın baş naziri Trampa cavab olaraq xatırladıb ki, kanadalıların “51-ci ştat”la bağlı fikirləri heç vaxt dəyişməyəcək:
“Kanada satılmır və heç vaxt satılmayacaq”.
Bizim.Media