Bakıda yerləşən “Al” marketlər şəbəkəsinin bəzi dükanları bağlanır.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, marketin Xətai rayonu, Əhmədli metrostansiyası ərazisində yerləşən iki dükanı fəaliyyətini dayandırıb. Bundan əlavə şəhərin digər ünvanlarındada şəbəkəyə məxsus dükanlar bağlanıb.
Buna səbəb isə satış dövriyyəsinin az olması bildirilir.
Qeyd edək ki, Al Market MMC 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub.
“Al” supermarketləri müvafiq olaraq Bazarstore MMC və Al Market MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir.