“Bavariya” hücumçusu Leroy Sane ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib.
90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, danışıqlar son anda – tərəflər yeni müqavilənin müddəti və maaş məsələsində razılığa gəldikləri anda – uğursuzluqla nəticələnib.
“Barselona” Sane ilə bağlı vəziyyətdən xəbərdardır. Kataloniya klubu iki il əvvəl onu transfer etməyi planlaşdırsa da, futbolçunun yüksək qiyməti bu keçidin baş tutmasına mane olmuşdu.
Lakin məlumatlara əsasən, 29 yaşlı oyunçunun gələn yay azad agentə çevrilmə ehtimalı böyükdür və bu halda o, pulsuz müqavilə imzalaya bilər.
Qeyd edək ki, alman futbolçunun agenti eyni zamanda “Barselona”nın baş məşqçisi Hans-Diter Flik və hücumçu Robert Levandovskinin də maraqlarını təmsil edən Pini Zahavidir.
Bu mövsüm Sane bütün turnirlərdə 43 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 38 milyon avrodur.