AZ

Yamalla uzunmüddətli müqavilə imzalanacaq

style='margin-bottom:10px;'>

"Barselona" futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq. 

QOL.az xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. 

Kataloniya klubu hücumçunun 18 yaşı olanda - iyulun 13-də yeni sözləşmə imzalamağı planlaşdırır. Razılaşmanın müddəti 2030-cu ilə qədər olacaq. 

Onun yeni müqaviləyə əsasən maaşı açıqlanmasa da, hazırkı qazancından xeyli yüksək olacağı qeyd olunur. Həmçinin Yamalın sərbəst buraxılma məbləği də yüksələcək. 

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 50 oyuna çıxaraq 15 qol vurub və 24 qolun ötürməsini edib. 

Seçilən
0
teleqraf.com

1Mənbələr