AZ

Mark Karni: Kanada satılmır

​BAKI, 6 may. TELEQRAF

"Daşınmaz əmlak (satışı – red.) sahəsindən, bildiyiniz kimi, elə yerlər var ki, heç vaxt satılmır".

Teleqraf CNN-ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.

ABŞ prezidenti isə hazırda baş nazirlə bu mövzunu müzakirə etmək niyyətində olmadığını, lakin hadisələrin bu cür inkişafının Kanadaya bir çox üstünlüklər verə biləcəyini deyib". "Heç vaxt heç vaxt demə", - Tramp sözlərinə əlavə edib.

Xatırladaq ki, ABŞ lideri dəfələrlə Kanada sakinlərinin çoxunun ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədikləri fikrini ifadə edib. O hesab edir ki, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək, ölkəni xüsusilə Rusiya və Çindən gələn xarici təhdidlərdən qoruyacaq. Karni isə ölkəsinin heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə qatılmayacağını dəfələrlə bəyan edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr