AZ

ABL: Final seriyasında üçüncü dueli "Neftçi" qazandı

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" və "Sabah" komandaları üz-üzə gəliblər.

Qarşılaşma "ağ-qaralar"ın 79:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Seçilən
0
5
fanat.az

10Mənbələr