29 may tarixindən etibarən Circus Sea Breeze səhnəsində beynəlxalq səviyyəli yeni proqram - "Su və Pələnglər Sirki" təqdim olunacaq. Bu unikal şouda su, işıq, musiqi və emosiyalar bir araya gəlir və səhnə əsl sehrli dünyaya çevrilir.
Tamaşada dünyanın müxtəlif ölkələrindən gəlmiş ulduz artistlər çıxış edəcək: su elementli eksklüziv nömrə ilə Avropalı ekvilibrist, Rusiyadan hava gimnastları, Monqolustandan çevik konturisionistlər, Cənubi Amerikadan kanata çıxanlar, qadınlardan ibarət hulahup qrupu və Latın Amerikası klounu səhnədə olacaq.
Tədbirin kulminasiyası isə üç fərqli növdən olan pələnglərin iştirakı ilə hazırlanmış unikal çıxışdır - benqal, ağ və nadir çəhrayı pələnglər. Bu dünyada analoqu olmayan nömrəni Monte Karlo Beynəlxalq Sirk Festivalının qalibi, İtaliyanın Əməkdar artisti Bruno Toni təqdim edir.
Tədbirin təşkilatçısı, "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilov, öz ənənəsinə sadiq qalaraq, şounun ilk gününü valideyn himayəsindən məhrum uşaqlara, sağlamlıq imkanları məhdud olan uşaqlara, şəhid və qazi ailələrinin övladlarına həsr edəcək.
Məkan: Circus Sea Breeze
Başlama tarixi: 29 may
Bilet qiymətləri: 15 - 40 manat
Biletləri şəhərin bütün kassalarından və bu keçiddən əldə edə bilərsiniz: iticket.az/events/circus/aqua-tigers-circus
"Koroğlu" metrosundan sirkə və geri transfer mövcuddur
Proqramın müddəti: 90 dəqiqə
Əlaqə nömrəsi: +99455 959 12 12
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta