"Real Madrid" rəhbərliyi Trent Aleksander-Arnold transferini mövsüm başa çatmamış, Klublararası Dünya Çempionatı turnirindən əvvəl rəsmiləşdirmək istəyir.
Moderator.az "Goal" nəşrinə istinadən xəbər verir ki, madridlilər oyunçunun bu turnirdə iştirakını istəyirlər və buna görə də "Liverpul" klubuna bir milyon avro ödəməyə hazırlaşırlar.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul" klubunun yetirməsidir.