Daha bir qapıçı “Mançester Yunayted”in hədəfinə düşüb.
Bizim.Media xəbər verir ki, Andre Onananın çıxışından məmnun olmayan baş məşqçi Ruben Amorim yeni namizədlərlə bağlı seçim edir.
29 yaşlı kamerunlunu Səudiyyə Ərəbistanı klublarındn birinə satmağı düşünən ingilislər Vanya Milinkoviç-Saviçin xidmətində maraqlıdır.
“Torino”nun 28 yaşlı qapıçısı ilə ilkin təmaslar gerçəkləşib. Mançesterlilər İtaliya klubundan cavab gözləyir. Turinlilər məbləğ müəyyənləşdirməli, daha sonra danışıqlar başlamalıdır.
2017-ci ildən “Torino”da olan, bir neçə dəfə icarəyə göndərilən serb qolkiper son 5 mövsümdə iş yerini dəyişməyib. Onun klubu ilə 1+1 illik müqaviləsi qalır. 12 milyon avro dəyəri olan qapıçının özü də Premyer Liqaya can atır.
Rəşad Rafiqoğlu, Bizim.Media