“Əl-Hilal” “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşə illik 65 milyon funt-sterlinq dəyərində üç illik müqavilə təklif edib.
90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu hələlik bu təklifə cavab verməyib. Səudiyyə klubu müqaviləni iyunun 15-də başlayacaq Klublararası Dünya Çempionatına qədər başa çatdırmaq istəyir.
Hücumçu Məhəmməd Salahın "Liverpul"da qalmaq qərarına gəldikdən sonra "Əl-Hilal"ın ulduz oyunçu axtarışında olduğu deyilir. Səudiyyə klubu misirli futbolçu üçün ayrılan 500 milyon funt-sterlinqi digər böyük transferlərə xərcləməyə hazırdır.
30 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.