CHP sədri Özgür Özələ hücum edən Səlcuq Tengioğlu polisə verdiyi ifadəsində hücumu əvvəlcədən planlaşdırmadığını və hadisənin qəfil baş verdiyini deyib:- "Bunu qətiyyətlə deyirəm. Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəlin prezidentimizə "dünyanı sənə dar edəcəm" deməsi məni narahat etdi" deyən Tengioğlu, heç kimdən təlimat almadığını bildirib. DEM Partiyasının İstanbul millət vəkili və TBMM sədr müavini Sırrı Süreyya Öndərin dünən Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasiminə qatılan Özgür Özələ hücum edən 66 yaşlı Səlcuq Tengioğlunun polis bölməsində dindirilməsi davam edir. Tengioğlunun gecə saatlarında Asayiş Şöbə Müdirliyi Cinayət Bürosunda verdiyi ifadədə tez-tez heç kimdən təlimat və ya pul almadığını söyləyib və hücumdan əvvəl uzun müddət AKM-nin protokol çıxışında gözləsə də, "Bu planlı bir hərəkət deyildi. Ani bir hadisə idi" deyə vurğulayıb.
Surxay Əliyev