Avropa İttifaqı (Aİ) 60 fiziki və hüquqi şəxsə şamil ediləcək və 150-yə yaxın gəmiyə məhdudiyyətlər daxil edəcək yeni anti-Rusiya sanksiyaları təklif etmək niyyətindədir.
Bloomberg bu barədə mənbələrə istinadən məlumat yayıb.
"Avropa Komissiyasının təklif etdiyi sanksiyalar 60 fiziki və hüquqi şəxsə şamil olunacaq və həmçinin 150-yə yaxın gəmiyə məhdudiyyətlər də daxil olacaq. Beləliklə, siyahıda olan gəmilərin ümumi sayı 300-ü keçəcək", - materialda deyilir.
Bundan əlavə, xarici işlər nazirləri mayın 20-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşə qədər tədbirləri nəzərdən keçirmək niyyətindədirlər.