AZ

Əkrəm İmamoğlunun diplomu İstanbul Universitetinin məlumat bazasından silindi

BAKI, 6 may. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun diplomu İstanbul Universitetinin məlumat bazasından silinib.

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, İmamoğlu ilə yanaşı 8 nəfərin diplom məlumatları universitetin bazasından silinib.

Digər tərəfdən, Əkrəm İmamoğlunun vəkili İstanbul Universitetinin diplomunun ləğvi ilə bağlı inzibati məhkəməyə müraciət edərək icraatın dayandırılmasını istəyib.

Vəkil Mehmet Pehlivanın İstanbul Çağrı İnzibati Məhkəməsinə təqdim etdiyi vəsatətdə İmamoğlu “iddiaçı”, İstanbul Universiteti isə “cavabdeh” kimi göstərilib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr