AZ

"Bavariya" 2025/26 mövsümü üçün səfər formasını təqdim edib - FOTOLAR

"Bavariya" texniki tərəfdaşı "Adidas" ilə birlikdə 2025/2026 mövsümünə aid yeni ağ səfər formasını təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma klubun doğma stadionunun – Allianz Arenanın 20 illik yubileyinə həsr olunub.

Formanın yaxasının arxa hissəsində isə "Arena Münhen" loqosu yer alacaq.

Bildirilir ki, "Bavariya" futbolçuları ilk dəfə mayın 10-u şənbə günü meydana yeni formalarda çıxacaqlar.Bundesliqanın 33-cü turunda "Bavariya" doğma meydanda yeni formada Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Bundan əlavə, bu qarşılaşma mövsümün sonunda komandanı tərk edəcək “Bavariya”nın veteranı Tomas Müller üçün “Arena Münhen”də sonuncu olacaq.

Seçilən
0
90deqiqe.az

1Mənbələr