AZ

"Fiorentina" Nikolo Dzanyolonu itirdi

"Fiorentina"nın yarımmüdafiəçisi Nikolo Dzanyolo qarşıdakı iki rəsmi oyunda "bənövşəyilər"ə kömək etməyəcək. 

Fanat.Az xəbər verir ki, bu, diskvalifikasiya ilə bağlıdır. 

Məlumatı A Seriyasının mətbuat xidməti yayıb. 

Nikolo çempionatın 35-ci turunun “Roma” ilə oyununda (0:1) qırmızı vərəqə ilə cəzalanıb. Maraqlıdır ki, Dzanyolo "qırmızı"nı final fitindən sonra alıb. O, matçın baş hakimi ilə kəskin mübahisə edib. 

“Fiorentina” hazırda A Seriyasında 8-ci yerdədir. Klubun 59 xalı var və altıncı yerdən cəmi 4 xal geri qalır. “Bənövşəyilər”in UEFA Konfrans Liqasının finalına çıxmaq şansı var. Turnirin yarımfinalının "Betis"lə cavab oyunu cümə axşamı keçiriləcək.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr