Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) rəhbəri sədri Dövlət Baxçalı ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Ərdoğan MHP lideri Baxçalını sağlamlıqla bağlı problemləri səbəbindən ziyarət edib.
MHP sədri Baxçalı Türkmənbəyi küçəsindəki malikanəsində keçirilən görüşdən əvvəl prezident Ərdoğanı qapıda qarşılayıb.
Tərəflər arasında görüş 35 dəqiqə çəkib. Daha sonra Ərdoğan malikanədən ayrılıb.
Qeyd edək ki, ötən aylarda Baxçalı ürəyində yaranan problemlər səbəbindən əməliyyat olub.
Bizim.Media