Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubunu tərk edib.
Bizim.Media xəbər ki, təcrübəli voleybolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, 6 il çıxış etdiyi "Vaşaş"la vidalaşdığını yazıb:
“Vaşaş” və Budapeşt mənim ikinci yox, birinci evimdir, çünki son on ildə Bakı ilə müqayisədə burada daha çox yaşamışam və vaxt keçirmişəm. Hər kəsə, həm klubun bütün heyətinə, həm də azarkeşlərə yalnız təşəkkür edə bilərəm. Əminəm ki, biz yenidən görüşəcəyik”. Abduləzimova bir neçə gün əvvəl verdiyi açıqlamada bir neçə təklif aldığını bildirib.
Qeyd edək ki, “Vaşaş”ın kapitanı olan Abduləzimova 5 dəfə Macarıstan çempionu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media