AZ

Rusiya Azərbaycanla münasibətdə qeyri-səmimi görsənir- RƏY

BAKI, 6 may. TELEQRAF

"Rusiya Azərbaycanla münasibətdə qeyri-səmimilik göstərir. Onların dövlət tərbiyəsi bundan ibarətdir".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə həmkarı Azər Badamovun Rusiyaya buraxılmamasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, rəsmi Moskvanın addımlarında təəccüblənməməliyik:

"Rusiya tərəfi düşünür ki, biz onlara təşəkkür etməliyik, sanki deməliyik ki, sağ olun, bizim başımıza bomba yağdırmırsınız. Fikrimcə, qarşı tərəfin hərəkətlərini yenilik kimi qəbul etməməliyik. Onlar bütün xalqlarla, dövlətlərlə belə rəftar edir. Azərbaycana qarşı münasibətlərində də qeyri-səmimidirlər. Rəsmi Kreml bütün ölkələri Kiyevin halına salmaq istəyir".

Politoloq Qabil Hüseynli isə bildirib ki, bütün hallarda Rusiya Azərbaycanla münasibətlərin səviyyəsini yüksək tutmağa çalışır:

"Təyyarə qəzasından sonra Azərbaycan - Rusiya münasibətlətləri gərgin dövrə daxil olmuşdu. Rəsmi Moskva başa düşürdü ki, Cənubi Qafqaz onların xaricə çıxışı üçün əsas qapıdır. Bu səbəbdən münasibətləri normallaşdırmağa çalışdırlar. Prezident İlham Əliyevə göndərilən təbrik mesajları, hökumət və dövlət rəsmilərinin Azərbaycana səfərləri bu qəbildən idi. Putin işini zəmanət altına almaq üçün Bütün Rusiyanın Patriarxı Kirilli də Bakıya göndərmişdi. Azərbaycan lideri onu səmimiyyətlə qəbul etdi. Düşünürəm ki, o, münasibətlərin normallaşdırılması yönündə Azərbaycan dövlət başçısına xeyli sözlər deyib".

Politoloq qeyd edib ki, Vladimir Putin İlham Əliyevin Moskvaya səfər etməsi üçün şərait yaratmağa çalışır:

"Putin İlham Əliyevin Moskvaya səfər etməsində maraqlıdır. O istəyir ki, Azərbaycan lideri paradda iştirak etsin. Nəzərə almaq lazımdır ki, bir qrup hərbçimiz hazırda Moskvadadır. Son hadisə, yəni deputat Azər Badamovun Rusiyaya buraxılmaması hadisəsindən bəhs etsək, düşnürəm ki, bu, dövlətlərarası münasibətlərə ciddi zərbə vurmayacaq. Qarşı tərəf hadisənin üzərindən ötəri keçdi. Düzdü, məlumat yayıldı ki, Badamov Rusiya əleyhinə danışdığı üçün deport edildi. Əslində, doğrudur. Rusiyada müharibə, prezident əleyhinə danışmaq cinayət tərkibi yaradır. Onlar öz vətəndaşlarına da sərt reaksiya verirlər. Sabah Rusiyaya getsəm, məni də həbs edəcəklər".

Seçilən
0
teleqraf.com

1Mənbələr