Oreqon sahillərindəki palçıqda gizlənmiş bu bakteriya, bədənindəki nikel liflərlə elektron daşıyaraq enerji sahəsində inqilaba səbəb ola bilər. Elm, mis tellərdən daha maraqlı bir alternativə işarə edir.
HİT.az xəbər verir ki, elektrik ötürülməsi deyildikdə ağla mis kabellər və elektron sxemlər gəlsə də, alimlər Orta Oreqon sahillərindəki palçıq təbəqələrində, bədəni boyunca elektrik ötürə bilən qeyri-adi bir bakteriya növü aşkar ediblər. "Ca. Electrothrix yaqonensis" adlı bu bakteriya, santimetrlərlə ölçülə bilən nazik liflər yarada bilən çubuq formalı hüceyrələrdən ibarətdir. Bu liflərin səthində yerləşən nikel əsaslı keçirici tellər, bakterinin hüceyrələrarası elektron ötürməsinə imkan yaradır və təbii bir bioloji kabel funksiyasını yerinə yetirir.
"Applied and Environmental Microbiology" jurnalında dərc olunan araşdırma göstərir ki, "Ca. Electrothrix yaqonensis" mikrobial elektron transferinin təkamülündə erkən mərhələlərə aid bir qolun nümayəndəsidir. Ailə ağacının köklərinə yaxın yerləşən bu növ, biotəbəqə (biofilm) içində uzun məsafəli ötürmə həyata keçirən digər bakteriya cinslərindən həm strukturu, həm də genetik baxımdan fərqlənir. Bu da mikrobial elektrikin təkamül tarixinə işıq salır.
Elektronları ətraf mühitin palçıq təbəqələrində daşıya bilən "Ca. Electrothrix yaqonensis", enerji mənbələrinin qeyri-bərabər paylandığı sahil yaşayış yerlərində yaşamaq üçün böyük üstünlük yaradır. Üzvi tullantılar və metal ionları ilə qarşılıqlı təsirə girərək ətraf mühitin tarazlığında mühüm rol oynayan bu mikrob, xüsusilə oksigenin az olduğu çökmə qatlarında aktiv fəaliyyət göstərir.
Tədqiqatçılar bildirirlər ki, bu bakteriyanın çirkləndiriciləri ionlarla birləşdirib zərərsizləşdirmək qabiliyyəti, keçmiş sənaye zonalarında bio-təmizləmə layihələrində istifadə edilə bilər. Özünü yeniləyə bilən protein strukturu və hüceyrəvi keçiriciliyi, ənənəvi metal kabellərin yerinə bioelektron sensorlar və bərpa olunan enerji sistemləri üçün ilham mənbəyi ola bilər. Yağış suları və ya Yer hərəkəti ilə tetiklənsə belə, mikrobial generatorlar gələcəyin dayanıqlı enerji həllərinə yol aça bilər.
Bu kəşf, həm fundamental mikrobiologiya, həm də ekoloji biotexnologiya sahəsində yeni araşdırma istiqamətlərinin xəbərçisidir.
Samir