AZ

ABŞ Energetika Nazirliyi Azərbaycanda 2026-cı il üçün neft hasilatı proqnozunu yenidən nəzərdən keçirir

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,6 milyonbarel təşkil edəcəyi gözlənilir.

Trend ABŞEnerji İnformasiya Administrasiyasına (EIA) istinadən xəbər verirki, əvvəlki təxminlərlə müqayisədə EIA yerli hasilat üzrəproqnozunu bir qədər korrektə edərək, gündəlik 0,01 milyon barelazaldıb.

Yenilənmiş proqnoza görə, 2026-cı ildə hasilat birinci rübdəsutkada 0,62 milyon bareldən başlayacaq, sonra ikinci rübdə 0,61milyon, üçüncü rübdə 0,6 milyon, dördüncü rübdə isə gündəlik 0,59milyon barel azalacaq.

2025-ci il üçün proqnoz dəyişməz olaraq gündə orta hesabla 0,62milyon barel səviyyəsində qalır. Birinci rübdə hasilatın sutkada0,57 milyon barrelə, ikinci rübdə 0,62 milyona, üçüncüdə 0,64milyona yüksələcəyi, dördüncü rübdə isə bir qədər azalaraq sutkada0,63 milyon barel olaraq qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədəkondensat da daxil olmaqla, 6,9 milyon ton xam neft hasil edilibki, bu da həcmin 7,3 milyon ton olduğu 2024-cü ilin müvafiq dövrüilə müqayisədə 397,5 min ton və ya 5,5% azdır.

Seçilən
0
az.trend.az

1Mənbələr