AZ

Səna hava limanı bombalanıb

Yəmən üçün ilk dəfə təxliyə xəbərdarlığı edən İsrail ordusu qısa müddət sonra paytaxt Sənaya hava zərbələri endirib.

Husilərə bağlı Əl-Məsirə telekanalı İsrail ordusuna məxsus təyyarələrin Səna hava limanına hücum etdiyini açıqlayıb. İsrailin hücumu nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, İsrail ordusu da Səna hava limanına hücum həyata keçirdiklərini təsdiqləyib. “Reuters”ə danışan mənbələr də məlumatı təsdiqləyib.

Əl-Məsirə həmçinin İsrail və ABŞ-ın Sənanın cənub-qərbindəki Atan bölgəsini, Sənhan rayonundakı Hizyaz Mərkəzi Elektrik Stansiyasını, Beni Haris rayonundakı Zehban Mərkəzi Elektrik Stansiyasını və Amran əyalətindəki sement zavodunu hədəf aldığını bildirib.

***

Hücumlar İsrailin Yəmənə ilk təxliyə xəbərdarlığını verməsindən sonra baş verib.

İsrail ordusunun sözçüsü Aviçay Adrai bu yaxınlarda “X” sosial media platformasındakı hesabında hava limanını qırmızı ərazidə göstərən xəritə paylaşmışdı. Sözçü açıqlamasında “Sana Beynəlxalq Hava Limanı bölgəsindəki hər kəsə təcili xəbərdarlıq edərək bölgənin və ətrafının dərhal boşaldılmasını tələb etmişdi.

Seçilən
0
vaxt.az

1Mənbələr