AZ

Vatikan Papanın səlahiyyətlərinin iki simvolunu ləğv edib

Vatikanda Papanın hakimiyyətinin iki simvolunun - qurğuşun möhürü və Balıqçı Üzüyü adlanan möhürün ləğvi mərasimi keçirilib.

Bu barədə Müqəddəs Taxt-Tacın rəsmi saytında məlumat verilib .

"Konklavdan əvvəl keçirilən bu sonuncu ümumi yığıncaq zamanı kanonik normalara uyğun olaraq Balıqçı Üzüyü və Papa Fransiskinin möhürü məhv edilib", - nəşr yazır.

Ənənəvi olaraq, pontifik apostol məktublarını imzalayarkən möhür və üzükdən istifadə edir. Mərasimin Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsi prosedurunun başlanmasından əvvəl olduğu vurğulanır.

Seçilən
0
aznews.az

1Mənbələr