BAKI, 6 may. TELEQRAF
Vaşinqton və Ankara Ukraynadakı münaqişənin həlli üçün birgə səylər göstərməyə razılaşıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında telefon danışığı keçirilib. Görüşdən sonra iki ölkənin liderləri regional münaqişələrin, o cümlədən Ukraynadakı münaqişənin həlli istiqamətində birgə addımlar atmağa qərar veriblər.
Türkiyə prezidentinin ofisindən verilən açıqlamaya görə, Ərdoğan münaqişənin həllinə böyük əhəmiyyət verdiyini bildirib. Həmçinin, yaxın gələcəkdə Türkiyə ərazisində Ukrayna ilə bağlı danışıqların keçirilməsi ehtimalı da gündəmə gəlib. ABŞ və Türkiyə bu istiqamətdə birgə fəaliyyət göstərməyi qərara alıb və Ukraynadakı böhranın həllinə dair yeni addımlar atmağı planlaşdırır", - məlumatda qeyd olunub.