AZ

Həcc ziyarətində viza qaydalarını pozanlar cəzalanacaq: Bu, doğrudurmu?

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarətində viza qaydalarını pozanlar üçün 26 min dollara qədər böyük məbləğdə cərimələr və Krallığa mümkün giriş qadağası tətbiq olunacağını elan edib.

Bu nə dərəcədə doğrudur?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, Səudiyyə Ərəbistanı krallığının müvafiq qurumu və qanunları çərçivəsində qəbul edilən bu qərarın səbəbləri var:  

"Təbii ki, təhlükəsizlik baxımından da ola bilər. Eyni zamanda müxtəlif fərdlərin adi formada turizm səfəri kimi Həccə baş vurması ola bilsin etiraza səbəb olur. Həm də Səudiyyə Ərəbistanının müsəlman ölkələrinin müvafiq qurumları ilə Həcc məsələsini həll etmək üçün əlaqələri, müqaviləsi var. Alternativ yollarla Həccə gedənlər və aparanlar ilə bu müqavilədən kənar fəaliyyət göstərirlər. Nəticədə də Həcc mövsümündə həmin şirkətlərin biznes maraqlarına zərbə dəyir. Yəni, tam manapoliyanın qorunması amalı ilə də mümkündür ki, bu cür qərara gəlsinlər. Dini cəhətdən bu qərar tamamilə İslamın əlehinədir. Çünki, Quranda və şəriətdə Həccə getməyə süni maneələr yaratmağa izn verilmir. Bu bir ibadətdir. İbadətə gedən müsəlmanlara isə mane olmaq böyük günahdır. Lakin son zamanlar Səudiyyə Ərəbistanı artıq dini qaydalara riayət edən quruluş sistemindən vaz keçməyə meylli görsənir. Ona görə bu kimi qaydalar qoymaqla Həcci ümimislam ibadət formasından çıxararaq tam milliləşdirmək və məhdudlaşdırmaq niyyətini sınaqdan keçirir. Çünki, Həccin İordaniyaya köçürülməsi planı da var. Qərbin ideoloji institutları ilə birgə fəaliyyət nəticəsində yeni yaradılmış "Əhmədi sülh və işıq dini" artıq dünyada geniş təbliğat aparır ki, Həccin məkanını İordaniyanın Petra şəhərinə dəyişmək fikrini təbliğ etsin.

Daha yüksək məbləğ qarşılığında yalnız varlı və kübar müsəlmanların gəlməsini təşkil edərək, kəmiyyətə yox, keyfiyyətə önəm verməyi, nəticədə də daha çox qazanmağı məqsəd qoyublar. Yəni, indən belə hər kəs Həccə gedə bilməyəcək. Müxtəlif süni əngəllər yaradaraq yalnız biznesmenlər, şirkət və müəssisə rəhbərlərinin gedişini təşkil edəcəklər. Həccin mümkün qədər məhdudlaşdırılması üçün çox fəal iş gedir. Hər il dünyanın bütün yerlərindən milyonlarla müsəlmanın bir yerə toplaşması Qərbin ideoloji institutlarını və sin zaman da Səudiyyə Ərəbistanı narahat edən amildir. Xüsusilə də İran və Fələstin məsələlərində müsəlmanların Səudiyyə Ərəbistanının mövqeyinə münasibəti birmənalı deyil. Ona görə Həcc səfəri adı ilə müxtəlif qrupların Məkkəyə toplaşaraq hansısa niyyəti həyata keçirməyə cəhd etməsindən narahatdırlar. 1979-cu ildə Məkkədə vaxtilə, Kəbə ətrafında hadisə baş vermişdi və bir qruplaşma öz rəhbərlərini Mehdi elan edərək Kəbəni tutmuşdular. Hazırda verilən qərar da Səudiyyə Ərəbistanı krallığının bu kimi təhlükələrdən sığortalanmaq üçün gəldiyi qənaət ola bilər".

Sevinc

Seçilən
0
hit.az

1Mənbələr