
Aaron Teylor-Conson
Daniel Kreyqdən sonra yeni "Agent 007"-nin siması tanınmış britaniyalı aktyor Aaron Teylor-Conson olacaq.
Reyting.az-ın məlumatına görə, 33 yaşlı Teylor-Conson Hollivudun (ABŞ), həmçinin Böyük Britaniyanın ən məşhur kinoprodüserləri Devid Heymanın və Emi Paskalın rəhbərlik etdiyi "Ceyms Bond" franşizasının yenidən ekranlaşdırılmasına rəhbərlik edəcək.
Çəkilişlərin bu ildən başlayacağı bildirilir. Filmin nümayişi 2026-cı ilə planlaşdırılıb.
1969-cu ildə gizli agent Bondun rolunu ifa etmiş aktyor Corc Lazenbi bu uğurlu seçimi dəstəkləyib:
"Aaron mükəmməldir! O, kaskadyorların yerinə yetirdiyi tryukların da öhdəsindən gələcək və smokinli kişilərə pərəstiş edən qadınları fəth edəcək".
Aktyor Aaron Teylor-Conson, bu rolu ifa etmiş britaniyalı Daniel Kreyqdən sonra, yəni 1962-ci ildən bəri davam edən kino dastanı tarixində yeddinci aktyor olacaq.
Oqtay QORÇU