“Avropanın demək olar ki, hamısı bizimlə müharibə vəziyyətindədir”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sözləri nazirlikdə keçirilən tədbirdəki çıxışında deyib.
Rusiyanın nasist qüvvələrinə qarşı döyüşdüyünü bildirən Lavrov, “Bəzi qüvvələr məşəl yürüşü təşkil edən Ukrayna prezidenti Vladimir Zelenskinin anti-Rusiya, irqçi rejiminə dəstək verərkən, onun döyüşə göndərdiyi əsgərlər qollarına nasist birlik yamaqları taxaraq, nasist bayrağı altında bizə qarşı birləşdilər”, – deyib.
Lavrov sözügedən qoşunların keçmişdə olduğu kimi Rusiyaya strateji məğlubiyyət vermək üçün səy göstərdiyini və keçmişdən alınan diplomatik dərslərin unudulmaması lazım olduğunu bildirib.
Bu dərslərin əvəzsiz olduğunu vurğulayan Lavrov, “Bunlar indiki vəziyyətdə xüsusilə dəyərlidir. Demək olar ki, bütün Avropa nasist bayrağı altında silahlanaraq indi bizimlə döyüşür”, – dedi.