AZ

Balakəndə Yaqub Mahmudovun elmi fəaliyyəti ilə bağlı konfrans keçirildi

Mayın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Balakən Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Balakən Rayon Mədəniyyət Mərkəzinin foyesində akademik Yaqub Mahmudovun əsərlərindən və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi, tariximizin müxtəlif dövrlərini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.

Konfransın əvvəlində Yaqub Mahmudova həsr olunan sənədli filmdən kadrlar nümayiş etdirilib.

Konfransı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq, görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü çıxışında qeyd edib ki, Yaqub Mahmudov Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair 1000-dən çox elmi əsərin müəllifidir. Akademikin rəhbərliyi və həmmüəllifliyi ilə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər əsərlər işıq üzü görüb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov Yaqub Mahmudovun Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərdiyini bildirib.

Seçilən
0
5
publika.az

6Mənbələr