BAKI, 6 may. TELEQRAF
ABŞ-nin Ukraynaya verdiyi yardımların kəsilməsi fonunda Kiyev ağır nəticələrlə üzləşəcək.
Teleqraf xəbər verir ki, bunu Britaniya Məxfi Kəşfiyyat Xidmətinin (MI6) keçmiş baş direktoru Aleks Yanqer deyib.
Yanqer bildirib ki, cəbhə xəttinin keçəcəyini düşünmür, amma Avropa bu münaqişədən geri çəkilərsə, Ukrayna ciddi mənfi nəticələrə məruz qalacaq.
"Ukraynaya verilən beynəlxalq dəstəyin dayandırılması ölkənin təhlükəsizliyi və siyasi gələcəyi üçün ciddi təsirlər yaradacaq", - deyə o vurğulayıb.