"Baku Open 2025" şahmat festivalına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, 17 ölkədən 700-ə yaxın şahmatçı 3 kateqoriya üzrə 9 turda mübarizə aparıb.
Ən güclülərin yarışdığı A qrupunda serbiyalı Aleskandar İndyiç 7 xalla qalib gəlib. Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşə bilməyiblər. A qrupunda çıxış edən ən reytinqli təmsilçimiz, milli komandamızın üzvü Aydın Süleymanlı 5,5 xalla 12-ci yerlə kifayətlənib.
Şahmat festivalının ümumi mükafat fondu 55 min manat olub.
A qrupuŞ, ilk "10-luq"
1. Aleksandar İndyiç (2644, Serbiya) - 7 xal
2. Baadur Cobava (2600, Gürcüstan) - 6,5
3. Vahap Sanal (2550, Türkiyə) - 6,5
4. Xəzər Babazadə (2457) - 6
5. Murad İbrahimli (2421) - 6
6. Məhəmməd Muradlı (2588) - 6
7. Misrətdin İsgəndərov (2528) - 6
8. Mitdal Aditya (2550, Hindistan) - 6
9. Mixail Brodski (2515, Ukrayna) - 6
10. Şahin Vəliyev (2346) - 6