AZ

“Arşın mal alan”ın müharibə dövründə ekranlaşdırılması xalqımızın böyüklüyünün göstəricisidir”

“Arşın mal alan”ın müharibə dövründə - 1945-ci ildə ekranlaşdırılması xalqımızın böyüklüyünün göstəricisidir”.

Moderator.az xəbər verir ki, bu sözləri Sumqayıtda keçirilən “Zəfərdən zəfər gedən yol” adlı tədbirdəki çıxışında yazıçı Ağalar İdrisoğlu bildiirb. O, xalqımızın müharibə dəhşətləri içərisində belə mədəniyyət və incəsənətə böyük diqqət ayırdığını vurğulayıb:

“Azərbaycan xalqı bəşəriyyətə sözün həqiqi mənasında böyük şəxsiyyətlər verib, qüdrətli elm və mədəniyyət xadimləri ilə yanaşı, həm də dahi sərkərdələr, qəhrəmanlar yetişdirib. Xalqımızın müharibə dəhşətləri içərisində belə elm və mədəniyyətə diqqət ayırması, yazıb-yaratması, yeni əsərlər, incəsənət nümunələri ortaya qoyması buna sübutdur.

Biz xalqımızın bu böyük şəxsiyyətlərini daim təbliğ etməli, onların həyatı, yaradıcılığı, gördüyü böyük işlər haqqında gəncləri məlumatlandırmalıyıq. Biz çalışmalıyıq ki, gənclərimiz öz tarixinə, ədəbiyyatına dolğun şəkildə yiyələnsin, öz keçmişindən güc alsın və gələcəyə doğru hər zaman əmin addımlarlla irəliləsin!”

Seymur ƏLİYEV

 

Seçilən
0
moderator.az

1Mənbələr