AZ

Xəstə əməliyyatdan sonra ölüb - Hadisədə həkim günahlandırılırVİDEO

Göyçay Rayon Mərkəzi Xəstəxanasında xəstə əməliyyatdan sonra ölüb.

Xezerxeber.az-ın məlumatına görə, Ucar sakini, 51 yaşlı Vidadi İsgəndərov Göyçay Rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümündə həkimi günahlandırırlar.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə bildirildi ki, ötən gün saat 09:35 radələrində 51 yaşlı Vidadi İsgəndərov cərrahiyyə şöbəsində "ikitərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib.

Ölümün "ağciyər arteriyasının trombemboliyası" diaqnozundan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
xezerxeber.az

1Mənbələr