Rusiya Prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Vladimir Putin və Binyamin Netanyahu Böyük Qələbənin 80-ci ildönümü münasibətilə səmimi təbriklərini bölüşüblər. Rusiya Prezidenti İsraildə yaşayan veteranlara cansağlığı və rifah arzularını çatdırıb", - məlumatda deyilir.
Qeyd edilib ki, dövlət başçısı və İsrail Nazirlər Kabinetinin rəhbəri Yaxın Şərqdəki vəziyyətin müxtəlif aspektlərini də araşdırıblar. Bundan əlavə, Putin və Netanyahu ikitərəfli münasibətləri müzakirə ediblər.