AZ

Prezident onu yeni kansler təyin etdi

  Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer rəsmən Fridrix Merzi Almaniyanın kansleri təyin edib.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Bundestaq Merzin Almaniya kansleri təyin edilməsi üçün ikinci dəfə səs verib. Bundestaqın 325 deputatı onun namizədliyinin lehinə, 289-u əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Merz ilk turda Almaniya kansleri seçilmək üçün lazım olan səsi ala bilməyib. Siyasətçinin namizədliyini 310 deputat dəstəkləyib. Seçilmək üçün ona 316 səs lazım idi.

Merzin Bundestaqda səsvermənin ilk turunda uğursuz çıxışı ölkənin fond bazarında tənəzzülə səbəb olub.

Merzin mayın 6-da ikinci turu keçirməkdən imtina etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəlki kansler Olaf Şolts idi./publika.az  

Seçilən
0
referans.az

1Mənbələr