Milan. Trend:
Asiya İnkişaf Bankı (AİB) Orta Dəhlizin inkişafı strategiyasınıhazırlayır.
Trend-in Milanaezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Asiyaİnkişaf Bankının (AİB) 58-ci İllik Toplantısı çərçivəsindəkeçirilən brifinqdə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və QərbiAsiya Departamentinin Regional Əməkdaşlıq və Əməliyyatlar üzrəKoordinasiya şöbəsinin direktoru Ləzizə Sabirova deyib.
"Biz Orta Dəhliz boyunca müştəri əlaqələrinin inkişafınıdəstəkləyirik. Hazırda bu marşrutun inkişafı strategiyası üzərindəişləyirik. Biz şirkətlərlə bu irimiqyaslı layihəni həyata keçirməyəkömək etmək üçün investisiyalarımızı birləşdirməyə çalışırıq", - odeyib.
Sabirova qeyd edib ki, dəhlizin böyük potensialı var, lakin hələdə reallaşdırılmayıb.
"Orta Dəhliz qeyri-enerji ticarətinin potensial həcminin cəmi10%-nə xidmət edir ki, bu da, təbii ki, yüksək rəqəm adlandırılabilməz. Potensial var, lakin hələ reallaşdırılmayıb və biz buistiqamətdə ölkələrimizə kömək etməyə başlamışıq. Bu,transformasiya fürsətidir. Bu miqyasda, xarakterdə və təsirdə olanlayihələr tez-tez görünmür", - o vurğulayıb.