“Son zamanlar Bakı-Tbilisi-Bakı qatarının 26–28 may tarixlərində fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılır. Bakı-Tbilisi-Bakı qatarının açılması məsələsiylə bağlı tərəflər arasında razılaşma əldə olunub”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, bu razılıq Gürcüstan prezidentinin ölkəmizə səfəri zamanı qətiləşdirilib:
“Tarixin isə 26-28 may olaraq müəyyənləşdirilməsi də 26 may Gürcüstan, 28 may isə Azərbaycanın müstəqillik günü olmasıyla əlaqədardır. Amma Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlamasını da quru sərhədlərin açılması kimi dəyərləndirilməməlidir. Onun hansı rejimdə və necə işləməsi barədə aidiyyəti qurumlar məlumat yayacaq Çox güman hələ ki, məhz qatarların hərəkət qaydası dəqiqləşdirilmədiyi üçün rəsmi məlumat verilməyib”.
//Gülnarə Abasova, Editor.az