AZ

Husilər İsrailə hücumları davam etdirəcək

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər İsrail ordusu Qəzza zolağında əməliyyatı dayandırana qədər İsrail ərazisinə zərbələr endirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki. bu barədə Yəmən üsyançılarının yaratdığı "hökumət"in açıqlamasında deyilir.

Bildirilir ki, silahlı qüvvələrin əməliyyatları davam edəcək, Yəmənin Fələstinə dəstəyi təcavüz dayandırılıncaya və Qəzzaya blokada götürülənə qədər dayanmayacaq.

Qeyd olunur ki, İsrail və ABŞ-ın təcavüzü cavabsız qalmayacaq və Yəmənin Qəzza zolağına dəstəyini davam etdirməsinə mane olmayacaq.

Seçilən
0
ucnoqta.az

1Mənbələr