Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, Aİ Komissiyası Rusiyadan enerji idxalının mərhələli şəkildə dayandırılması üçün yol xəritəsini dərc edib.
Rusiyanın nüvə enerjisi də mərhələli şəkildə dayandırılacaq. Beləliklə, onun Rusiya enerjisindən asılılığına son qoyulacaq.
Aİ təhlükəsiz enerji təchizatını təmin etmək üçün tədbirlər görəcək.
Komissiya Rusiya enerji idxalının mərhələli və razılaşdırılmış şəkildə dayandırılmasını təmin etmək üçün üzv dövlətlərlə işləyəcək.
Üzv dövlətlər bu ilin sonuna qədər Rusiya qazı, nüvə enerjisi və neftinin idxalını mərhələli şəkildə dayandırmaq üçün milli planlar hazırlayacaqlar.
Aytən Yaşar/ Turkustan.az