AZ

Şafrankonun problemi yoxdu

“Sabah”ın futbolçusu zədələnib.

Misli premyer-liqasının 33-cü turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşan “bayquşlar” itki ilə üzləşib. Qonaqların hücumçusu Pavol Şafranko zədələnib. Həkimlərin müdaxiləsindən sonra 20-ci dəqiqədə onu meydandan çıxarıblar.

Slovakiyalı futbolçunun durumuna aydınlıq gətirmək məqsədi ilə “Sabah”ın mətbuat xidməti rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Şafrankonun zədəsi ciddi deyil. Komanda ilə hazırlıqda iştirak edir. Növbəti oyunda oynaması baxımından problem yoxdu”.
ƏSƏD SEYİDOV
Seçilən
0
football-plus.az

1Mənbələr