"Səhər yeməyində peçenye, konfet və digər şirniyyatların yeyilməsi sağlamlıq üçün təhlükəlidir".
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu kardioloq Xose Abellan deyib.
Həkimin sözlərinə görə, səhər yeməyi günün ən vacib qidasıdır, çünki insanın gün ərzində özünü necə hiss etməsi birbaşa bu yeməkdən asılıdır: "Əksər şirniyyatlar isə ultraemal olunmuş məhsullara aiddir və bunlar iştahanı süni şəkildə artırır, orqanizmin təbii doyma mexanizmlərini pozur ki, bu da nəticədə artıq qida qəbuluna səbəb olur".
Həkim əlavə edib ki, şirniyyatların tərkibində demək olar ki, faydalı qida maddələri olmur: "Halbuki səhər saatlarında orqanizmə vitaminlər, minerallar, zülallar, faydalı yağlar və mürəkkəb karbohidratlar lazımdır. Şirniyyat qəbul edildikdə isə qanda qlükozanın səviyyəsi sürətlə yüksəlir və bu, artıq çəkiyə, ürək xəstəlikləri riskinin artmasına və immun sistemində problemlərin yaranmasına səbəb ola bilər".
Həmidə İbrahimova