2015-ci il nüvə sazişindən məhdudiyyətlər bərpa olunsa belə, İran 4,5 ay ərzində nüvə bombası üçün kifayət qədər silah dərəcəli uran istehsal edə bilər.
Bunu Amerikanın nüvə silahlarının yayılmaması üzrə eksperti Devid Olbrayt öz hesabatında deyib.
“Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA - İran ilə olan 2015-ci il nüvə razılaşması) bəri İran uranı İran daha güclü sentrifuqalarla zənginləşdirməyə başlayıb. Vəziyyət o qədər köklü şəkildə dəyişib ki, yeni məhdudiyyətlərə ehtiyac var. Bunlardan ən mühümü İranın sentrifuqalarının və müvafiq avadanlıqlarının məhv edilməsidir”, – Devid Olbrayt bildirib.
Hesabatda deyilir ki, İran hazırda 13 mindən çox qabaqcıl sentrifuqaya malikdir. İran, 4 ay yarımda (135 gün) bir bomba hazırlamaq üçün yetərincə uran zənginləşdirə bilər. Ən əsası, hətta JCPOA müqaviləsində olan məhdudiyyətlər altında belə İran 15 ay ərzində təxminən səkkiz bomba hazırlaya bilər.
Olbrayt həmçinin xəbərdarlıq edib ki, İranın yalnız 20 faiz və 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının azaldılmasına dair təkliflər “əsas etibarilə dəyərsizdir”, çünki İran 25 gündən az bir müddətdə yenidən nüvə bombası üçün gərəkli olan zənginləşdirmə həddinə çata bilər.
Onun sözlərinə görə, yeni saziş daha sərt məhdudiyyətləri, real yoxlamanı ehtiva etməlidir.
Gunaz.TV